11 nəfər platforma növbətçisi peşəsinə yiyələnərək metropolitendə işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Bakı Metropoliteni QSC-nin birgə əməkdaşlığı ilə təşkil edilən platforma növbətçisi peşəsi üzrə kadrların hazırlığı kursu başa çatıb.

 

Kursa cəlb edilən 11 nəfər platforma növbətçisi peşəsinə yiyələnərək metropolitenin müxtəlif stansiyalarında vəzifələrinin icrasına başlayıblar.

 

Peşə kursu üçün müraciət edən şəxslər ilk olaraq Bakı metropoliteni ilə bağlı ibtidai biliklər və məntiq testinə cəlb ediliblər. Daha sonra müvafiq qiymətləndirmədə ən yüksək bal toplamış 15 nəfər ikinci mərhələyə keçid edib.

 

Sonda kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim edilib və onlar metropolitenin müxtəlif stansiyalarında işə başlayıblar.

 

Qeyd edək ki, peşə hazırlığı kursuna cəlb edilən şəxslərə tədris müddətində minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib.