Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduMasallı rayonunda fəaliyyət göstərən Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində Mərkəzin fəaliyyəti ilə tanışlıq məqsədilə tədbir keçirilib.
Tədbirdə Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zoanların İnkişafı Agentliyi, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak edib.
İlk olaraq qonaqlara Mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, sağlamlıq imkanları məhdud və sosial cəhətdən həssas qruplara aid şəxslərin, o cümlədən şəhid ailələrinin üzvlərinin, müharibə veteranlarının müvafiq peşə biliklərinə yiyələnmələri üçün yaradılan Mərkəzdə Dövlət Məşğulluq Agentliyi ilə birgə 100-dən çox şəxs aktual istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Peşə və biznes təlimlərini uğurla başa vuran şəxslər daha sonra özünüməşğulluq proqramına yönləndirilir, həmçinin Mərkəzin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstərilir.
Qeyd edək ki, Masallı Sənaye Məhəlləsində yerləşən Mərkəz Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, “Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC, “Ekvita”, Bakı Tekstil Fabriki və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin dəstəyi ilə yaradılıb.