“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün cins heyvandarlıq istiqaməti üzrə yeni layihəyə start verilib. “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlanan layihənin əsas məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.

 

Layihə çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Samux rayonları üzrə ümumilikdə 200 nəfər vətəndaşa cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək. Vətəndaşların seçim mərhələsinə artıq başlanılıb. Layihə iştirakçılarına dair tələblərlə link vasitəsilə tanış olmaq mümkündür.  https://forms.gle/6KZ8wAwjBuNHddR6A

 

Seçiləcək iştirakçılara biznes təlimlər keçiriləcək və təlimi uğurla başa vuran şəxslərə məhsuldar damazlıq heyvan cinsləri (2 baş Simmental/Sviss cinsi) və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunacaq. Aktivlərlə təmin olunduqdan sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi, və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək.  

 

Qeyd edək ki, layihə Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyasının əməkdaşlığı ilə təşkil olunur. 

 

Qeydiyyat üçün linkə daxil olmaq və tələb olunan məlumatları doldurmaq lazımdır. https://forms.gle/6KZ8wAwjBuNHddR6A