Rumıniya

Azərbaycan Respublikası və Rumıniya Respublikası arasında əməkdaşlıq münasibətləri Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlamışdır. Son illər ərzində Azərbaycan və Rumıniya arasında əməkdaşlığın təkmilləşdirilməsinə xidmət edən 60-dan çox sənəd  imzalanaraq strateji tərəfdaşlığın inkişafına təkan vermişdir. Əlavə olaraq, iki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiyası əməkdaşlığın gücləndirilməsinə zəmin yaratmışdır.

 

Dövlət Məşğulluq Agentliyi (DMA) də öz növbəsində Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi ilə əməkdaşlıq əlaqələri formalaşdıraraq ölkələr arasında tərəfdaşlığın təkmilləşdirilməsinə dəstək vermişdir. Qurumlar arasında müntəzəm şəkildə aparılan informasiya mübadiləsi və uğurlu təcrübələrin öyrənilməsi bu əməkdaşlığın bariz nümunəsidir.  

 

2022-ci ilin aprel ayında Estoniya Respublikasının paytaxtı Tallin şəhərində WAPES tərəfindən keçirilən Dünya Konqresi zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri ilə Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin rəhbəri arasında görüş keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə edilmiş və Anlaşma Memorandumunun imzalanmasına dair razılığa gəlinmişdir.