Niderland Krallığı

Dövlət Məşğulluq Agentliyi (DMA) ilə Niderland Krallığının Məşğulluq Xidməti (Xidmət) arasında 2021-ci ildən etibarən uğurlu əməkdaşlıq əlaqələri formalaşmışdır. 2022-ci ilin iyun ayında DMA tərəfindən nümayəndə heyəti Xidmətə rəsmi səfər etmişdir. Səfər çərçivəsində iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş və qurumların fəaliyyəti haqqında qarşılıqlı informasiya mübadiləsi aparılmışdır.