Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan və Litva arasında uzun illərdir ki, iqtisadi və mədəni əlaqələr var və son zamanlar ikitərəfli münasibətlər daha da intensivləşib.
2019-cu ildə Litva Respublikasının Sosial Təminat və Əmək Naziri Azərbaycanda səfərdə olub və bu səfər çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri, cənab Sahil Babayev ilə görüş baş tutub. Görüş zamanı Litvalı nazir və nümayəndə heyəti üçün Azərbaycanın DOST layihəsi, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” Saziş imzalanıb.
İmzalanan Saziş iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradaraq yeni tərəfdaşlıq imkanlarına yol açıb. 30 aprel 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti (Xidmət) arasında 2021-ci il üçün “Fəaliyyət Planının” onlayn imzalanma mərasimi baş tutub.
“Fəaliyyət Planı” həssas qrupdan olan vətəndaşların məşğulluğunun dəstəklənməsi, gənclər arasında işsizliyin aradan qaldırılması üzrə təcrübə mübadiləsi, peşə hazırlığı və aktiv məşğulluq tədbirləri və digər sahələr üzrə əməkdaşlığı əhatə edir. “Fəaliyyət Planı” çərçivəsində 2021-ci il ərzində informasiya mübadiləsinin aparılması məqsədilə vörkşop və vebinarlar, eləcə də Litvaya tanışlıq səfəri təşkil edilib.
Cari ilin yanvar ayında DMA və Xidmət arasında 2022-ci il üçün Fəaliyyət Planı imzalanmışdır. Fəaliyyət Planı əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsini əhatə edir.
20 may 2022-ci il tarixində iki qurum arasında “Gənclərə yönəlik xidmətlər” mövzusu üzrə ortaq vörkşop keçirilmişdir. İmzalanan Fəaliyyət Planı çərçivəsində cari ilin 6-8 sentyabr tarixlərində isə Xidmət tərəfindən nümayəndə heyəti DMA-da rəsmi səfərdə olmuşdur.