Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan və Latviya Respublikaları arasında uzun illərdir ki, iqtisadi və mədəni münasibətlər mövcuddur. Bu münasibətlər son illərdə daha da təkmilləşmişdir.
2015-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memorandum ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan vermişdir.
2020-ci ildən etibarən isə Dövlət Məşğulluq Agentliyi (DMA) və Latviya Respublikasının Məşğulluq Xidməti (Xidmət) arasında uğurlu əməkdaşlıq əlaqələri yaradılmış və bu əlaqələr davamlı informasiya mübadiləsi şəklində aparılmaqdadır.
2022-ci ilin oktyabr ayında keçirilmiş onlayn görüş zamanı iki qurum arasında 2022-2023 illəri əhatə edəcək Fəaliyyət Planının imzalanmasına dair razılığa gəlinmişdir. Fəaliyyət Planı müxtəlif mövzularda vörkşopların təşkilini və qarşılqlı tanışlıq səfərlərini əhatə edəcəkdir.