Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan və İtaliya arasında əməkdaşlıq əlaqələri səmimi dostluq, qarşılıqlı hörmət prinsiplərinə dayanaraq yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında, əlverişli ikitərəfli əlaqələr qurmaq məqsədi ilə məşğulluq və sosial təminat istiqamətləri üzrə Niyyət Protokolu mövcuddur.
Məşğulluq istiqamətində əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə də Dövlət Məşğulluq Agentliyi ilə İtaliya Respublikasının Məşğulluq Agentliyi arasında tərəfdaşlıq münasibətləri formalaşmış və uğurla davam etməkdədir.