İsveç Krallığı

İsveç Krallığının Məşğulluq Xidməti (Xidmət) ilə Dövlət Məşğulluq Agentliyi (DMA) arasında əlaqələrin təməli 2020-ci ildə atılıb. Ötən dövr ərzində postpandemiya dövründə məşğulluq xidmətlərinin fəaliyyəti, peşə təhsili və digər sahələrdə məlumat və təcrübə mübadiləsi aparılmışdır.

 

SOCIEUX+ təşkilatından əldə edilən texniki dəstək çərçivəsində əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilmiş və peşə hazırlığı proqramının yenilənməsi, əməkdaşların peşəkarlığının artırılması və əmək bazarına uyğun peşəkar kadrlarların hazırlanması sahəsində Xidmət tərəfindən ekspertlərdən ibarət nümayəndə heyəti 2022-ci ilin iyun və sentyabr aylarında DMA-da rəsmi səfərdə olmuşlar.