Estoniya

Dövlət Məşğulluq Agentliyi (DMA) və Estoniya Respublikasının İşsizlikdən Sığorta Fondu (Fond) arasında məşğulluq sahəsində əməkdaşlığın təməli 2022-ci ilin aprel ayında Estoniya Respublikasının paytaxtı Tallin şəhərində WAPES tərəfindən keçirilən Dünya Konqresi zamanı iki qurumun rəhbərləri arasında keçirilən görüş çərçivəsində qoyulmuşdur. Görüş zamanı DMA-nın İdarə heyətinin sədri Mustafa Abbasbəyli və Fondun direktoru Milis Paavel iki qurum arasında 2022-ci il üçün Fəaliyyət Planını imzalayıblar. Fəaliyyət Planına əsasən “Karyera məsləhəti” və “Özünüməşğulluq” mövzuları üzrə vörkşop və tanışlıq səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.

 

Dövlət Məşğulluq Agentliyi və Estoniya Respublikasının İşsizlikdən Sığorta Fondu arasında imzalanan “Fəaliyyət Planı"