Avstriya

Avstriya Respublikası və Azərbaycan Respublikası arasında əməkdaşlıq münasibətləri 1992-ci ildə formalaşaraq bu günümüzə qədər uğurla davam etməkdədir.

 

Avstriya, Litva Respublikası və İsveç Krallığının ən yaxşı təcrübələri əsasında Avropa İttifaqı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi davam edən tərəfdaşlığın bariz nümunəsidir. 

 

Dövlət Məşğulluq Agentliyi ilə Avstriya Respublikasının Məşğulluq Xidməti (“Arbeitsmarktservice Österreich”) arasında məşğulluq sahəsində potensial imkanların artırılması məqsədilə müntəzəm şəkildə danışıqlar aparılmaqdadır.