Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan və Almaniya Federativ Respublikaları arasında uzun illərdir ki, strateji əməkdaşlıq mövcuddur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında dostluq münasibətlərinin möhkəmlənməsinə dəstək verən əmək və sosial siyasət sahəsində Anlaşma Memorandumu imzalanmışdır.
Dövlət Məşğulluq Agentliyi (DMA) və Almaniyanın Məşğulluq Xidməti (“Bundesagentur für Arbeit” - BA) Nazirliklər səviyyəsində formalaşan tərəfdaşlığın davamı olaraq iki qurum arasında uğurlu əməkdaşlığı davam etdirməkdədirlər. Qurumlar davamlı olaraq informasiya mübadiləsi apararaq uğurlu təcrübələrin tətbiqi istiqamətində müvafiq tədbirlər görməkdədirlər.
2022-ci ilin sentyabr ayında Almaniyaya səfər çərçivəsində Almaniyanın Məşğulluq Xidməti ilə ikitərəfli görüş keçirilib. Görüşün yekununda DMA ilə BA arasında əməkdaşların təkmilləşdirilməsi proqramı çərçivəsində qarşılıqlı əməkdaş mübadiləsi, müəyyən ediləcək ixtisaslar və müddət üzrə Azərbaycanda işsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslərin Almaniyada ikili-təhsil proqramlarına qoşulması və ən müasir əmək bazarı standartlarına uyğun kadr kimi hazırlanması, Almaniyanın Məşğulluq Xidməti nəzdində olan və karyera məsləhətçiləri hazırlayan universitetlə DMA-nın qarşılıqlı əlaqələrinin qurulması, təlim-tədris proqramlarının Azərbaycana inteqrasiyası və peşə hazırlığı istiqamətində hazırladığı peşələr üzrə təlim-tədris modullarının Azərbaycana inteqrasiyası məsələləri razılaşdırılmışdır.