BP

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və BP Eksploreyşn (Kaspian Si) Limited arasında qarşılıqlı anlaşma memorandumu mövcuddur.

 

Əməkdaşlıq çərçivəsində BP Azərbaycanın əməliyyatçısı olduğu neft və qaz kəmərlərinin keçdiyi bölgələrdə işaxtaran və işsiz şəxslərin, xüsusilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılmasına xidmət edən birgə tədbirlər həyata keçirilməkdədir.

 

Qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən tərəflər arasında “Kənd yerlərində gənc sahibkarlara dəstək” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icraçı tərəfdaşı “Kənd İnkişafına Dəstək” İctimai Birliyidir.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və BP Eksploreyşn (Kaspian Si) Limited arasında qarşılıqlı əməkdaşlıq memorandumu