Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduBirləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı bilik, təcrübə və resurslar naminə dəyişikliyi və ölkələrin əməkdaşlığını təşviq edən BMT-nin İnkişaf Agentliyidir. Ölkəmizdəki müxtəlif sahələrin, o cümlədən məşğulluq sahəsinin təkmilləşdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Dövlət Məşğulluq Agentliyi də Birləşmiş Millətlər Təşkilatının İP ilə bir sıra uğurlu layihələrə imza atıb.
Birgə həyata keçirilən proqramlardan biri “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsidir. Layihənin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi isə əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə, rifahının artırılmasına, hüquqlarının müdafiəsinə, gəlir əldə etmək imkanlarının genişləndirilməsinə və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.