Məqsədli proqramlar

Xidmət haqqında qısa məlumat

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasına yönəldilmiş məqsədli proqramların həyata keçirilməsi xidmət göstərilir.

İşəgötürənlər proqrama necə müraciət edə bilər?

Dövlət orqanları (qurumları), bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər istisna olmaqla, son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən, müvafiq məlumatları vakansiya bankına təqdim edən bütün işəgötürənlər müraciət edə bilərlər.

İşəgötürənlər müsabiqədə iştirak etmək üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) bu Qaydanın əlavəsinə uyğun olaraq “Məqsədli proqramların həyata keçirilməsində iştirak etmək üçün Ərizə”ni (bundan sonra – Ərizə) dolduraraq elektron imza ilə təsdiq edir. 

 

Hansı şərtlərə uyğun olan işəgötürənlər məqsədli proqramların həyata keçirilməsinə dair müsabiqədə iştirak edə bilərlər?

  • son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;
  • son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən;
  • “Məşğulluq haqqında”Azərbaycan Respublikasinin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatları vakansiya bankına təqdim edən. 

 

Müsabiqədə hansı işəgötürənlərin iştirakına yol verilmir?

Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin.

 

İşəgötürənin müraciətinə hansı müddətdə baxılır? 

Komissiya müraciət üçün müəyyən edilmiş müddət bitdikdən sonrakı 10 (on) iş günü müddətində təqdim edilmiş hər bir layihəni qiymətləndirir.

 

İşəgötürənlərlə hansı müddətdə müqavilə bağlanılır?

3 (illik) müddətə.

 

Yaradılacaq iş yerlərinin hansı hissəsi maliyyələşdirilir?

Layihə çərçivəsində yaradılacaq iş yerlərinin yaradılması ilə bağlı xərclərin 75 faizədək hissəsi Agentlik tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödənilir.

 

İşəgötürənlə işçi arasında hansı müddətə əmək müqaviləsi bağlanılır?

2 (iki) ildən az olmayan müddətə.

 

Hansı hallarda layihə çərçivəsində iş yerlərinə göndəriş verilmir?

Müqavilənin qüvvədə olduğu müddət ərzində işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”, “ç” və “d” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yerinin yaradılması ilə bağlı xərclərin geri qalan hissəsi işəgötürənə ödənilmir və işəgötürənə ödənilmiş məbləğ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürülür.

 

Monitorinq necə aparılır?

Agentlik Müqavilənin qüvvədə olduğu müddət ərzində ildə bir dəfədən az olmayaraq işəgötürənlərin məqsədli proqramların həyata keçirilməsi ilə bağlı fəaliyyətinin monitorinqini aparır. Monitorinqlərin aparılması məqsədilə işəgötürənlər iş yerlərinin yaradılması ilə bağlı xərclərə dair təsdiqedici sənədləri, iş yerlərinin foto və video görüntüsünu və monitorinq üçün zəruri olan digər sənədləri Agentliyə təqdim etməlidirlər.