Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKvota iş yerləri sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz şəxslərin işlə təmin edilməsi üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir.
İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən çox olan işəgötürənlərə kvota iş yerləri təyin edilir.
1. İşçilərinin orta illik sayı 25-dən az olanlara
2. Dövlət orqanları;
3. Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
4. Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla)
5. Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları
İnzibati xətalar məcəlləsinin 194-cü maddəsinə əsasən min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
İşəgötürənlər kvota iş yerləri üzrə məlumat almaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində kvota bölməsinə daxil olaraq öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə etmək, ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini, cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tam məlumat əldə edə bilərlər.