Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKvota iş yerləri sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz şəxslərin işlə təmin edilməsi üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir.
- 20 yaşadək gənclər;
- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər;
- pensiya yaşına 2 ildən az qalmış şəxslər;
- əlilliyi olan şəxslər;
- cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;
- məcburi köçkünlər;
- şəhid ailəsi üzvləri
- müharibə veteranları.
İşçilərinin orta illik sayı 25-dən çox olan işəgötürənlərə kvota iş yerləri təyin edilir.
1. İşçilərinin orta illik sayı 25-dən az olanlara
2. Dövlət orqanları;
3. Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
4. Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla)
5. Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları
İnzibati xətalar məcəlləsinin 194-cü maddəsinə əsasən min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.