Məşğulluqda qeydiyyat

İşlə təminat üçün məşğulluqda qeydiyyat xidməti

Bu xidmət şəxslərin işaxtaran və ya işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi və qeydiyyatının bərpa olunması məsələlərini əhatə edir. 15 yaşı tamam olmuş hər bir şəxs “Elektron hökümət” və ya “e-sosial” internet portallarının mövcud audentifikasiya vasitələrindən istifadə etməklə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" altsistemində “Müraciət ərizə” formasını dolduraraq işaxtaran və ya işsiz kimi qeydiyyata alınmaq hüququna malikdir.

 

Kimlərin qeydiyyata alınmaq hüququ var?

15 yaşı tamam olmuş hər bir şəxsin işaxtaran və ya işsiz kimi qeydiyyata alınmaq hüququ var.

 

İşaxtaran və ya işsiz kimi necə qeydiyyata alınmaq olar?

Vətəndaş elektron qaydada və ya xidmət yerinə (Regional Məşğulluq filialları və ya DOST Mərkəzləri) şəxsən gəlməklə qeydiyyata alına bilər.

 

Zəruri olan sənədlərin siyahısı

  • Şəxsiyyət vəsiqəsi
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazə vəsiqəsi

 

Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və ya xidmət haqqı varmı?

 Xidmət ödənişsizdir.

 

Hansı hallarda şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur?

Vətəndaşın 15 yaşı tamam olub əmək qabiliyyətli şəxs olduqda və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məşğul şəxs hesab edilmədikdə, o cümlədən “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət almadıqda.

 

Vətəndaş elektron qaydada necə qeydiyyatdan keçə bilər?

Vətəndaş “Elektron hökumət" və ya “emas.sosial.gov.az” portalı vasitəsi ilə “Əmək və məşğulluq” altsisteminə keçid edərək işaxtaran kimi qeydiyyatdan keçmək üçün müraciət ərizəsini dolduraraq təsdiq etməlidir.

 

Qeydiyyatın uğurla tamamlanmasını necə bilmək olar?

Müraciət ƏMAS (Əmək və məşğulluq altsistemi) tərəfindən qəbul edildikdən sonra həmin şəxs qeydiyyata alınır və bu barədə məlumat ƏMAS tərəfindən işaxtaranın kabinetində yerləşdirilir və mobil nömrəsinə (qeydiyyat zamanı qeyd etdiyi) göndərilir.