Digər aktiv məşğulluq tədbirləri

Xidmət haqqında qısa məlumat

Beynəlxalq praktikanı və müvafiq beynəlxalq təşkilatların tövsiyələrini rəhbər tutaraq Dövlət Məşğulluq Agentliyi hazırda bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirir. Bununla yanaşı Agentlik digər aktiv məşğulluq tədbirlərinin də həyata keçirilməsinə müsbət yanaşır. 

Digər aktiv məşğulluq tədbirləri çox geniş sahədə tədbirlərin həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan aşağıdakı istiqamətlərdə digər aktiv məşğulluq tədbirlərinin keçirilməsi mümkündür.

 

  • dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə əməkdaşlıq edərək birgə proqramların həyata keçirilməsi;
  • təcrübə proqramlarının təşkili;
  • karyera sərgilərinin təşkili;
  • məşğulluğun təmin edilməsi məqsədilə müsabiqələr, marafonlar və digər tədbirlərin təşkil edilməsi.