Gənclər üçün karyera planlaması xidməti barədə qısa məlumat
Göstərilən xidmətlər gənclərin karyera planlamasına və əmək bazarını düzgün araşdırmasına yön verən xidmətlər toplusudur.
Xidmət çərçivəsində:
- Gənclərə karyera məsləhəti xidmətləri
- Təlim və inkişaf proqramları,
- Mentorluq dəstəyi
- Məlumatlandırıcı infosessiyalar təqdim olunur.
Xidmətin keçirilməsində əsas məqsəd gənclərin karyera məqsədlərinə çatmasına, əmək bazarı haqqında məlumatlı olmasına nail olmaqdır.
Xidmətin hədəf kütləsi:
- Məktəblilər;
- Tələbələr;
- Məzunlar;
- İşsiz və işaxtaran şəxslər;
Gənclər üçün karyera planlaması xidmətləri məqsədləri:
- Məktəblilərin düzgün ixtisas seçiminə dəstək olmaq;
- Ucqar kəndlərdə yaşayan məktəblilərə düzgün ixtisas seçimi, peşələr barədə məlumat vermək;
- İnternat evlərində təhsil alanlar məktəblilərə əmək bazarı, ixtisaslar barədə məlumat vermək;
- Düzgün peşə seçimi haqqında məlumatlılığı artırmaq, iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaq, şəxslərə müvafiq peşələr və peşə sahibləri ilə daha yaxından tanış olmaqla peşə və ixtisas seçiminə dəstək göstərmək;
- Karyera planlaması, ümumilikdə peşəyönümü xidmətinin vahid onlayn platformadan həyata keçirilməsini təmin etmək;
- Regionda və paytaxtda təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, əmək bazarına keçidinə dəstək olmaq.
Gənclər üçün karyera planlaması xidmətləri aşağıdakılardır:
- “İxtisas bələdçisi”;
- “Kəndimə gəl”;
- “Gələcəyə birlikdə”;
- “Peşələr Festivalı”;
- “Bacar”;
- “Tələbə İnkişaf Platforması” (TİP, TİPx).