Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu1 Oktyabr 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Ramal Balay oğlu Quluzadə 20 may 1989-cu ildə Qubadlı rayonunda anadan olub.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya" ixtisası üzrə bakalavr pilləsini bitirib.
2016-cı ildə Xəzər Universitetinin "Dünya siyasi proseslərinin və beynəlxalq əlaqələrin nəzəriyyəsi" ixtisası üzrə magistratura pilləsini bitirib.
2016-cı ilin mart ayında Tempus proqramı çərçivəsində Niderland Krallığının Leyden Universitetində tələbə mübadiləsi proqramında iştirak edib.
2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2013-cü ilin dekabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləyib.
Təyinata qədər Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdiri vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. 2 övladı var.
Əlaqə nömrəsi: (012) 596 43 05