İdarə Heyəti sədrinin müavini

Quluzadə Ramal Balay oğlu

1 Oktyabr 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

Ramal Balay oğlu Quluzadə 20 may 1989-cu ildə Qubadlı rayonunda anadan olub.


2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya" ixtisası üzrə bakalavr pilləsini bitirib.

 

2016-cı ildə Xəzər Universitetinin "Dünya siyasi proseslərinin və beynəlxalq əlaqələrin nəzəriyyəsi" ixtisası üzrə magistratura pilləsini bitirib.

 

2016-cı ilin mart ayında Tempus proqramı çərçivəsində Niderland Krallığının Leyden Universitetində tələbə mübadiləsi proqramında iştirak edib.

 

2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.

 

2013-cü ilin dekabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləyib.

 

Təyinata qədər Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdiri vəzifəsində çalışıb.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Ailəlidir. 2 övladı var.

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: ramal.guluzada@sosial.gov.az