İdarə Heyəti sədrinin müavini

Abasquliyev Ülvi Akif oğlu

13 Avqust 2021-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Abasquliyev Ülvi Akif oğlu 20 mart 1978-ci ildə Cəbrayıl şəhərində anadan olub.

 

1995-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Şəfiqə Əfəndizadə adına 13 saylı orta məktəbi bitirib.

 

1995-2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıb.

 

2005-2007-ci illərdə Alman-Azərbaycan İqtisadi Yardım İttifaqında (hazırda Almaniya Xarici Ticarət Palatası) icraçı direktorun köməkçisi vəzifəsində çalışıb.

 

2009-2011-ci illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb.

 

2011-2013-cü illərdə Almaniya Federativ Respublikasında Zaarland Universitetinin Avropa İnstitutunda Avropa hüququ ixtisası üzrə magistr təhsili alıb.

 

2013-2015-ci illərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin köməkçisi vəzifəsində çalışıb.

 

2015-2019-cu illərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” regional proqramının Bakı ofisində hüquq məsələləri üzrə ekspert vəzifəsində çalışıb.

 

2019-2020-ci illərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.

 

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı şəhəri məşğulluq mərkəzi filialının müdir müavini vəzifəsində çalışıb.

 

13 avqust 2021-ci ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

Alman, ingilis və rus dillərini bilir. Ailəlidir, 1 övladı var.

 

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: ulvi.abasguliyev@sosial.gov.az