Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
20 fevral 2026-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Mahmudov Elşən Mahmud oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Texniki Universitetində Mühəndis iqtisadiyyatı ixtisası üzrə bakalavr, 2001-ci ildə İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcələrini fərqlənmə ilə bitirib. 2004-cü ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində aspiranturanı bitirib.
1999-2001-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində iqtisadçı, 2002-ci ildə Rabitə Nazirliyinin Teleradio İstehsalat Birliyində iqtisadçı, 2002-2005-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatında dövlət qulluğuna daxil olaraq baş məsləhətçi vəzifəsində çalışıb.
2005-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə həyata keçirilən layihələrə rəhbərlik edib.
2008-2023-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında böyük mütəxəssis, şöbə rəisi, Ehtiyat Mərkəzinin direktoru, departament direktorunun müavini, departament direktoru vəzifələrində çalışıb.
2024-cü ildən hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Çoxsaylı elmi məqalələrin müəllifi və bir dərs vəsaitinin həmmüəllifidir.
İngilis, rus, türk dillərini bilir.
Əlaqə nömrəsi: (012) 371 75 76
Elektron poçt: elshan.m.mahmudov@sosial.gov.az