Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
12 yanvar 2026-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Eşqin Əli oğlu Bayramov 1985-ci ildə anadan olub.
2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb.
Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.
2016-2021-ci illərdə Britaniyanın Şeffild Universitetində “Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb.
2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib.
2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 2 övladı var.
Əlaqə nömrəsi: (012) 371 75 76
Elektron poçt: eshgin.a.bayramov@sosial.gov.az