Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.

 

“Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

 

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.  

 

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.

 

Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək.

 

Ümumilikdə, festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

 

  • Şamaxı -15 may
  • Sumqayıt - 17 may
  • Lənkəran - 19 may
  • Şirvan - 21 may
  • Bakı - 23 may
  • Şəki - 25 may
  • Mingəçevir - 27 may
  • Bərdə - 30 may
  • Gəncə - 1 iyun
  • Qazax - 2 iyun

 

Festival çərçivəsində təqdim olunacaq peşələr isə bunlardır:

 

  • Aşpaz
  • Dərzi
  • Bərbər-vizajist
  • Frontend developer
  • Qrafik dizayner
  • İnteryer dizayner
  • Kompüter proqram təminatçısı
  • Barista
  • Turizm agenti
  • Elektron cihazların təmirçisi

 

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.

 

Öyrən, əylən, peşəni seç!

 

Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/