Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə daha bir qrup şəxs aktivlərlə təmin olunaraq onlar üçün kiçik bizneslər yaradılıb.
Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində işsiz şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib. Bununla da proqram çərçivəsində aktivlərlə təmin olunan şəxslərin sayı 1785-ə çatıb.
Layihəyə cəlb olunanların mühüm bir qismi müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir.
Proqram 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.