Şəhid ailələri ilə görüşülüb, onlar üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştrakçılarının sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işləri davam etdirir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Qasım Abdullazadənin və  şəhid Elmar Nəbiyevin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.

 

Qasım Abdullazadə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Anası, qardaşı və bacısı ilə birgə yaşayıb. Ailə ilə görüş zamanı şəhidin qardaşı Orxan Abdullazadə və bacısı Təhminə Abdullazadə özünüməşğulluq proqramından yararlanmaq istədiklərini bildiriblər.

 

Şəhidin qardaşına istədiyi avadanlıqlar təqdim edilib. Yaxın günlərdə şəhidin bacısı üçün də proqram çərçivəsində kiçik müəssisə yaradılacaq. Şəhidin anası Mehbarə Abdullayevanın da məşğulluğu təmin edilib. O, istəyi əsasında haqqı ödənilən ictimai işə cəlb edilib.

 

Atası, anası və bacısı ilə birgə Pirallahı rayonunda yaşamış Elmar Nəbiyev isə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

Ailə ilə görüş zamanı müəyyən olunub ki, Elmarın valideyinləri işləmir, pensiya alırlar. Bacısı isə II kurs tələbəsidir. Ailənin məşğulluğunu təmin etmək məqsədilə istəkləri əsasında şəhidin atası Elman Nəbiyevə özünüməşğulluq proqramı çərçivəsində xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib, anası isə haqqı ödənilən ictimai işə cəlb edilib.

 

Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı həyata keçiriləcək.

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text