“Məşğulluq marafonu”na son bir həftədə daha 30 işəgötürən qoşularaq 300-ə yaxın vakansiya təqdim edib

Marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən

e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır

 

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na son bir həftədə daha 30 işəgötürən qoşularaq 300-ə yaxın vakansiya təqdim edib.

 

Beləliklə,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.

 

Bakı və ölkəmizin bölgələri üzrə fəaliyyət göstərən həmin işəgötürənlərin 110-u xidmət, 60-ı emal, 17-si kənd təsərrüfatı, qalanları tikinti sahələri üzrədir. Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.

 

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

 

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

 

 

alt text