Bu il “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində 500 nəfər üçün kiçik biznes yaradılacaq

Özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa dəstək” layihəsi bu il də davam edir.

 

İşsiz aztəminatlı şəxslər, şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 

 

2021-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 500 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.

 

Proqrama https://cutt.ly/nnVcHnq linkinə daxil olaraq müraciət etmək mümkündür.

 

Qeyd edək ki, “Özünüməşğulluğa dəstək” layihəsi Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir. 2020-ci ildə layihə çərçivəsində 1015 nəfər üçün istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə kiçik təsərrüfatlar qurulub. 

 

alt text