Şagirdlərin inkişafını dəstəkləyən "Çıraq" İnkişaf Proqramına qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən məktəblilər üçün təşkil edilən "Çıraq" İnkişaf Proqramı yenidən başlayır.
 

Sayca ikinci dəfə keçiriləcək layihə 9 ay davam edəcək. Proqram seçim prosesi, mentorluq, inkişaf təlimləri, peşəkarlarla görüşlər və “Çıraq” hakatonu mərhələlərindən ibarət olacaq.
 

Layihə müddətində şagirdlərə özünütanıma, məqsədlərin təyini, karyera planlaması, əmək bazarının araşdırılması, emosional zəka, tənqidi düşüncə, ünsiyyət bacarığı kimi mövzular üzrə təlimlər keçiriləcək.
 

Layihədə iştirak üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən məktəblilərlə əlaqə saxlanacaq. Layihəyə ümumtəhsil müəssisələrinin 7-11-ci sinif şagirdləri müraciət edə bilərlər.
 

Son müraciət tarixi: 15 noyabr, 2025-ci il.
 

Qeydiyyat linki: https://survey.sosial.gov.az/index.php/738963?lang=az