Agentliyin İdarə Heyətinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 24 iyun 2022-ci il tarixdə Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.

 

Vətəndaşlar 21 iyun saat 14:00-dək dma@sosial.gov.az elektron poçt ünvanı yazaraq və ya (994) 55 900 18 15 nömrəsinə zəng edərək qəbula yazıla bilərlər.

 

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

 

Qəbul 24 iyun 2022-ci il saat 10:00-dan etibarən Lənkəran şəhəri, Z.Əliyeva 2 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.