Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduBakı Regional Məşğulluq filialının və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Excelsior Hotel Baku-nun inzibati binasında 25 fevral 2025-ci il tarixdə, saat 11:00-dan 13:00-a kimi "Əmək Yarmarka"sı keçiriləcək.
“Əmək Yarmarka”-sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Excelsior Hotel Baku-nun inzibati binasına yaxınlaşa bilərlər
• 30 müəssisə
• 300 vakansiya
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev propekti 2