“Yevlax Aqropark” layihəsi

“Yevlax Aqropark” layihəsi

Bağçılıq istiqaməti üzrə özünüməşğulluq proqramına dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt Kimya Sənaye Parkı ilə birgə icrası nəzərdə tutulan “Yevlax Aqropark” layihəsi çərçivəsində müvafiq hazırlıq mərhələsi davam edir.

 

Layihə çərçivəsində 60 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxs üçün torpaq sahəsi ayrılması və bağların salınması nəzərdə tutulur.

 

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə üstünlük veriləcək.