Sosial Bağlar-2021 layihəsi

Sosial Bağlar-2021 layihəsi

“Sosial Bağlar-2021” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi ilə həyata keçirilir.

 

300 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan rayonları (Ağsu, Astara, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəmkir, Xaçmaz, Zaqatala) əhatə edir.

 

Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

 

Layihə çərçivəsində əkilən meyvə tingləri aşağıdakılardır:

 

Ekspert rəyi əsasında torpaq yararlılıq səviyyəsi nəzərə alınmaqla fərqli şəhər və rayonlarda fərqli tinglər üzrə bağlar nəzərdə tutulmuşdur. İştirakçılar meyvə növlərindən ən çoxu ikisini seçə bilər.

 

  • Fındıq tingi (sortu: Ata-baba)
  • Xurma tingi (sortu: Şişburun)
  • Alça tingi (sortu: Göycə)
  • Nar (Sortu: Gülöyşə)
  • Ərik tingi (sortu: Şalax)
  • Gavalı tingi (sortu: Black Diamond)
  • Qoz tingi (sortu: Chandler)
  • Alma tingi (sortu: Golden)
  • Armud tingi (sortu: Meşə gözəli - düşes)
  • Nektarin (sortu: Sweet Lady)
  • Gilas tingi (sortu: Ziraat 0900)
  • Badam tingi (sortu: Quara - İspaniya)
  • Qarışıq (Limon + Portağal)
  • Qarışıq (Naringi + Portağal)
  • Qarışıq (Alma + Armud)

 

Layihəyə qoşulmaq üçün "Layihələr üzrə müraciət forması"-nı doldurmağınız xahiş olunur.