“Şamaxı-Sosial Müəssisə” layihəsi

“Şamaxı-Sosial Müəssisə” layihəsi

"Şamaxı-Sosial Müəssisə" layihəsi Kommersiya Banklarının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi, Azəriqaz İstehsalat BirliyiŞamaxı Rayon İcra Hakimiyyəti tərəfindən birgə həyata keçirilir.


Layihənin məqsədi yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı qadınların, sosial müəssisə yaradılmaqla məşğulluq imkanlarını genişləndirməkdən ibarətdir.

 

Layihə çərçivəsində seçilən və biznes planı uğurlu tərtib edən 10 nəfər vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində “kiçik dərzi sexi” zərfi üzrə aktivlərin təqdim edilməsi nəzərdə tutulur.