“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi

Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə daha 50 sahibkarlıq subyektinin təsis olunacaq. 

 

Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəklər.

 

Qeyd olunan rayonlarda kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək müraciət edə bilərlər. 

 

Qeydiyyat linki: https://forms.gle/m7dpQKdS5Lypft6a8