“Azərbaycanda məşğulluğa dəstək” layihəsi

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və Dünya Bankının vəsaitləri hesabına işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanlarının yaradılmasıdır.

 

Layihənin icra müddəti: 2020-2025-ci il.

 

Layihənin benefisiarlarının seçimi üçün Qiymətləndirmə Komissiyası yaradılıb.

 

Layihəyə müraciət etmək istəyən şəxslər müvafiq DOST Mərkəzlərinə və qeydiyyatda olduqları rayon üzrə Regional Məşğulluq filiallarına müraciət edə bilərlər.