Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
|
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə “Məşğulluq marafonu”na start verildi.
Dövlət Məşğulluq Agentliyi işəgötürənləri bu sosial məsuliyyət kampaniyasında fəal iştirak etməyə çağırır.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyaları barədə məlumatları İşəgötürənlər üçün qeydiyyat bölməsində daxil edə bilərlər.
Bilik və bacarıqlarına uyğun müvafiq işlə təmin edilmək istəyən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibədə yaralanmış qəhrəmanlarımız isə Şəhid ailəsi üzvləri və qazilər üçün qeydiyyat bölməsində tələb olunan məlumatlarını daxil etməklə marafondan yararlana biləcəklər.
Hesabat bölməsində kampaniya çərçivəsində gündəlik olaraq təqdim edilən vakansiyalar və işlə təmin edilən vətəndaşlarla bağlı infoqrafik məlumat əldə etməyiniz mümkündür.
Marafona qoşulmuş qurum və şirkətlər bölməsində kampaniya çərçivəsində vakansiya təqdim etmiş işəgötürənlərin siyahısı ilə tanış olmaq mümkündür.
Marafona dəstək çağırışları bölməsində kampaniya çərçivəsində işəgötürənlərə çağırış etmiş dövlət və özəl qurumların rəhbərləri, millət vəkilləri, ictimaiyyətin tanınmış nümayəndələrinin video müraciətlərini izləyə bilərsiniz.
Marafon çərçivəsində məşğulluğu təmin edilənlər bölməsində işlə təmin olunan vətəndaşlar barədə məlumatlar əldə etmək mümkündür