"Alo Karyera" dəstək xidməti

"Alo Karyera" dəstək xidməti
 
               alt text

 

 

“Alo Karyera” pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qrupları üçün əlaçatanlığını, göstərilən xidmətin keyfiyyətini və ünvanlanmış müraciətin operativ cavablandırılmasını təmin edərək şəxslərin şəxsi və peşəkar inkişafına kömək göstərilməsi məqsədi ilə həyata keçirilən dəstək xidmətidir.

 

Proses:

 

  • Vətəndaşlar qeyd olunan link vasitəsi ilə öz müraciətlərini edirlər;
  • Müraciətlər peşəyönümü məsləhətçilər tərəfindən yoxlanılır və mütəxəssis tərəfindən vətəndaşla əlaqə saxlanılaraq görüş üçün vaxt təyin edilir;
  • Vətəndaşla Zoom proqramı vasitəsilə görüşülərək dəstək göstərilir.

 

  Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 

 

  • karyera planlaması, məqsədlərin təyin olunması,
  • ixtisas seçimi,
  • əmək bazarı və iş axtarışı,
  • rezümelərin hazırlanması ilə əlaqədar tövsiyələrin verilməsi və qiymətləndirilməsi,
  • müsahibəyə hazırlıqla əlaqədar zəruri köməkliyin göstərilməsi.