Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi "Odlar Yurdu" Gənclər İctimai Birliyi ilə əməkdaşlıq münasibətləri saxlamaqdadır.
Tərəflər işaxtaran və işsiz şəxslərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, sözügedən vətəndaşların işaxtarışına va özünüməşğulluğuna kömək göstərilməsi, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik va bacarıqlarının artırılması istiqamətlərində əməkdaşlıq edirlər.
Birgə əməkdaşlıq memorandumunu əsas götürərək tərəflər arasında “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi həyata keçirilir.
Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir.
Layihə tərəflərarası bağlanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.