Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Dövlət Məşğulluq Agentliyi arasında bir sıra layihələr çərçivəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur. Layihələrin məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, müvafiq sahibkarlıq bacarıqlarının aşılanması, rifah səviyyəsinin yüksəldilməsidir.

 

Hazırda KOBİA ilə birgə “Kənd yerlərində heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Biznesini Yarat” Marafonu, “Gənclərin Biznes Emalatxanası”, Zəngilan rayonunda “Ağıllı kənd”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” və “Dönər obyektlərinin sağlamlaşdırılması” layihələri icra olunmaqdadır. 

 

Layihələr çərçivəsində ilk olaraq işsiz və işaxtaran şəxslərə KOBİA tərəfindən biznes təlimlər keçirilir. Daha sonra isə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilir.

 

Sözügedən layihələr çərçivəsində işsiz və işaxtaran şəxslərə KOBİA tərəfindən biznes təlimlər keçirilir, müxtəlif dəstək təbirləri görülür, DMA tərəfindən isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilir.