Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi birgə əməkdaşlıq nəticəsində özünüməşğulluq proqramına dəstək məqsədilə “Baramaçılığın inkişafına dəstək” layihəsini icra edib.

  

İlk növbədə layihəyə müraciət etmiş şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçirilib. Növbəti mərhələdə isə iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu toxumu ilə təmin ediliblər.

 

Namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürülüb. Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilib.