Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi və İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi arasında məşğulluq sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə birgə razılıq əldə edilib.
Birgə razılığa əsasən tərəflər arasında “Şamaxı - Sosial Müəssisə” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində yetkinlik yaşına çatmamış uşaqları tərbiyyə edən tək və çoxuşaqlı valideynlər (yetimdar ailələr) üçün Şamaxı rayonunda sosial müəssisə yaradılacaq.
Layihənin məqsədi seçilən şəxslərin həmin müəssisədə çalışıb, gəlir əldə edərək övladlarını öz hesablarına böyütmələrini təmin etməkdir.