Azərbaycan Respublikasının Gənclər Fondu

Azərbaycan Respublikasının Gənclər Fondu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu arasında birgə əməkdaşlıq memorandumu mövcuddur.

 

Əməkdaşlıq çərçivəsində gənclərin məşğulluğunun artırılması, onların yeni peşələrə sahib olması, əmək bazarında rəqabətə davamlılığının artırılması, işəgötürənlərlə, işaxtaranların (həssas kateqoriyalardan olan gənclər) əlaqələndirilməsi və s. mövzularda birgə tədbirlər həyata keçirilməkdədir.

 

Birgə aparılan belə tədbirlərdən biri “Gənclərin Dayanıqlı Məşğulluğu" proqramıdır. Proqramın məqsədi həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

 

“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı - “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edir.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu arasında birgə əməkdaşlıq memorandumu