Azərbaycan Texniki Universiteti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlıq etdiyi təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetidir. 

 

Tərəflər işaxtaran və işsiz şəxslərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların aktiv əmək bazarına cəlb edilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində əmək bazarında aktual peşə və ixtisas istiqamətləri üzrə qısamüddətli peşə hazırlığı kurslarının təşkili, eləcə də peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, effektivliyinin artırılması və bu sahədə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi istiqamətində əməkdaşlıq edirlər.

 

Birgə əməkdaşlıq memorandumunu əsas götürərək tərəflər arasında Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində əməkdaşlıq həyata keçirilir.

 

Əməkdaşlığın əsas məqsədi məzunların məşğulluğunun, əmək bazarına inteqrasiyasının və rəqabətədavamlılığının təmin edilməsi, eləcə də əmək bazarı və məşğulluğun müxtəlif istiqamətləri üzrə birgə layihələrin, məzun yarmarkalarının, təcrübə mübadilələrinin, elmi tədqiqatların və tədbirlərin həyata keçirilməsidir.

 

Layihələr tərəflərarası bağlanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum