Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə “Dönər obyektlərinin sağlamlaşdırılması” layihəsini icra edir.

 

Layihə Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABAD ilə birgə icra olunur. Məqsəd əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsidir.

 

Layihə çərçivəsində ilkin mərhələdə paytaxt və bölgələrdə 20 dönər obyektinin sağlamlaşdırılması üçün müasir avadanlıqlarla təchiz edilməsinə başlanılıb və bu proses davam etdirilməkdədir.