Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq münasibətləri saxlamaqdadır.

 

Tərəflər müxtəlif sahələr üzrə mühəndis kadrlara olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması istiqamətində əməkdaşlıq edirlər.

 

Sənəddə məzunların məşğulluğunun və əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədilə məzun yarmarkalarının və digər tədbirlərin keçirilməsi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, startapların və inkubasiya mərkəzlərinin yaradılması, birgə innovativ layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.

 

Əməkdaşlığın əsas məqsədi məzunların məşğulluğunun, əmək bazarına inteqrasiyasının və rəqabətədavamlılığının təmin edilməsi, eləcə də əmək bazarı və məşğulluğun müxtəlif istiqamətləri üzrə birgə layihələrin, məzun yarmarkalarının, təcrübə mübadilələrinin, elmi tədqiqatların və tədbirlərin həyata keçirilməsidir.

 

Layihələr tərəflərarası bağlanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq haqqında memorandum