Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası birgə “Özünüməşğulluğa dəstək” layihəsini icra edir.
Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı, əlilliyi olan, şəhid ailəsi üzvləri, qazilər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılmasıdır.
Layihə qarşılıqlı bağlanmış əməkdaşlıq memorandumuna əsasən icra olunur.