Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi və “ASAN Könüllüləri” Təşkilatı “FotoMən III” layihəsi çərçivəsində əməkdaşlıq edir.
İlk olaraq layihə iştirakçılarına müasir fotoqrafiyanın əsasları, müasir fotoqrafiyanın növləri kimi mövzular tədris olunur. Daha sonra isə həmin şəxslər özünüməşğulluq proqramına cəlb olunaraq “Kiçik fotoatelye” zərfi üzrə avadanlıqlarla təmin olunurlar.
Layihənin əsas məqsədi fotoqrafiya sənətinin incəliklərinin gənclərə öyrədilməsi, şəxsi biznesin təşkili, karyera mühitinə psixoloji hazırlıq, gənclərin karyeralarına ilk addım atması üçün praktiki bacarıqlara yiyələnmələrinə dəstək olmaqdır.